31 
Okt
2020
16:46
44
801
2628
Virtual karabakh

Azərbaycanın 182 yaşayış məntəqəsinə mərmi atılıb - RƏSMİ + FOTO

31 Okt, 2020
16:46
2628

Azərbaycanın 182 yaşayış məntəqəsinə mərmi atılıb - RƏSMİ + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Ermənistan Azərbaycanın 182 yaşayış məntəqəsinə mərmi atıb”.

Oxu.Az-ın müxbirinin məlumatına görə, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin rəhbəri Vüsal Qasımlı keçirilən brifinqdə bildirib.

“Ağdama 43, Tərtərə 40, Ağcabədiyə 28, Goranboya 25, Göygölə altı, Füzuliyə 17, Şəmkir, Qəbələ, Kürdəmir, Xızı, Beyləqan və Qaradağın hər birinə bir mərmi atılıb.

Ən çox raket isə Goranboya düşüb ki, 49 təşkil edir. Füzuliyə 34, Bərdəyə 30, Tərtərə 18, Ağcabədiyə 14 və Gəncə şəhərinə 22 raket atılıb”, - deyə o qeyd edib.

V.Qasımlı vurğulayıb ki, Azərbaycanın yaşayış məntəqələrinə 27308 mərmi atılıb:

“Ən çox mərmi Tərtər rayonuna atılıb ki, bu da 15468-dir,  Ağdama 9291, Ağcabədiyə 1567 və Goranboya 623 mərmi zərbəsi endirilib”.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri