12 
Noy
2020
14:15
996
40
8027
Virtual karabakh

Ermənistanda etirazçılar Rusiyanı xəyanətdə ittiham edir - VİDEO

12 Noy, 2020
14:15
8027

Ermənistanda etirazçılar Rusiyanı xəyanətdə ittiham edir - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ermənistatnın baş naziri Nikol Paşinyanın Qarabağ münaqişəsinin nizamlanmasına dair bəyanata imza atmasından dərhal sonra Ermənistanı etiraz aksiyaları bürüyüb.

Nümayişçilər hökumətin fəaliyyətini iflic edib, parlamentə və digər administrativ binalara soxularaq, dağıntı və talanla məşğul olublar.

Ermənistanın sosial şəbəkə seqmentində isə yayılan videolarda ölkəmizə qarşı açıq təhdid və terror xarakterli açıqlamalar verilir.

Belə videolardan biri İrəvanın mərkəzində keçirilən aksiyada çəkilib.

Görüntülərdə iki erməni qadının müharibəyə davam etmək barədə çağırışları yer alıb.

Maraqlıdır ki, təhdid təkcə ölkəmizə qarşı səslənmir.

Videoda Rusiyanı xəyanətdə ittiham edən ermənilər qonşu ölkəyə qarşı da nifrət dolu açıqlamalarla çıxış edirlər.

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri