20 
Noy
2020
17:06
1353
14
5371
Virtual karabakh

Erməni bölmələri Ağdam rayonundan çıxdı

20 Noy, 2020
17:06
5371

Erməni bölmələri Ağdam rayonundan çıxdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Erməni Silahlı Qüvvələrinin bölmələri Dağlıq Qarabağda Ağdam rayonunu tərk edib.

RT-nin məlumatına görə, bu barədə Rusiya hərbi kontingentinin qərargah rəisi, general-mayor Andrey Volkov bildirib.

“Rusiya sülhməramlı kontingentinin rolu sazişin şərtlərinə uyğun olaraq mülki əhalinin təhlükəsizliyini, erməni bölmələrinin ərazidən çıxarılmasını (Onlar artıq çıxarılıb) və Azərbaycan Silahlı Qüvvələri bölmələrinin Ağdam rayonu ərazisinə girişi zamanı nəzarəti təmin etməkdədir”, - deyə A.Volkov bildirib.

Onun sözlərinə görə, rayonun Azərbaycanın nəzarətinə keçməsi ştat rejimdə keçib. Heç bir insident və təxribat olmayıb.

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri