21 
Noy
2020
10:26
694
25
4093
Virtual karabakh

İtaliya nəşri Füzulidən reportaj hazırladı - VİDEO

21 Noy, 2020
10:26
4093

İtaliya nəşri Füzulidən reportaj hazırladı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xəbər verdiyimiz kimi, sentyabrın 27-dən başlayaraq Ermənistan silahlı qüvvələri Azərbaycana qarşı hərbi təxribat törədib. Bundan sonra Azərbaycan ordusu əks-hücum əməliyyatına başlayıb. Nəticədə, Azərbaycan öz ərazilərini illərlə sürən mənfur düşmən tapdağından azad edib.

Müharibə vaxtı düşmən Azərbaycanın dinc əhalisini kasetli bombalardan atəşə tutub, ərazilərimizə ağ fosfor mərmiləri atıb.  

İşğaldan azad edilmiş torpaqlarda fosfor mərmisinin partladılması barədə İtaliyanın “La Republica” nəşri reportaj hazırlayıb. 

“Biz Füzulidəyik. Daha doğrusu, şəhərin qalıqlarında... 30 il əvvəl 17 minlik dinc azərbaycanlı əhali erməni ordusu tərəfindən bu şəhərdən sürgün edilib. Bu, etnik təmizləmə siyasətinin yalnız bir nümunəsidir. Burada hər şey dağıdılıb. Nə bir bina, nə bir ev, nə də bir məscid salamat qalıb”, - deyə reportajda bildirilib. 

Eyni zamanda, qeyd edilib ki, Füzuli çoxsaylı əsgərlərin canı bahasına iki həftə öncə azad edilib:

“Ətrafda gördüyümüz kəndlər, o cümlədən müsəlman qəbiristanlığı dağıdılıb. Füzuli şəhər sakini Şadiyə Qəhrəmanova ilə görüşdük. On illər ərzində Bakıda məcburi köçkün həyatını yaşayan Füzuli sakini doğma şəhərinə ilk dəfə qayıdır. O, Füzulidə yaşamaq arzusu ilə geri dönmək istəyir.

Digər tərəfdə isə on minlərlə erməni atəşkəs haqqında bəyanata uyğun olaraq azərbaycanlılara təhvil veriləcək əraziləri tərk edərək sərhədə yaxın yerləşən Vardenisə üz tutub. Onlar yaşadıqları evləri yandıraraq ərazini tərk edib”. 

Qeyd edək ki, Prezident İlham Əliyevin Füzuliyə səfəri zamanı rayonun bir vaxtlar mövcud əzəmətini yenidən bərpa edəcəyini və on minlərlə məcburi köçkünün qayıtması üçün qısa vaxt ərzində lazımi şəraitin yaradılacağını qeyd edib.

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri