20 
Yan
2021
16:24
407
21
1258
Virtual karabakh

Gürcüstan səfirliyi: “Bakıda keçmiş SSRİ-nin ordusu müstəqilliyini tələb edən mülki əhalini cəzalandırıb”

20 Yan, 2021
16:24
1258

Gürcüstan səfirliyi: “Bakıda keçmiş SSRİ-nin ordusu müstəqilliyini tələb edən mülki əhalini cəzalandırıb”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gürcüstanın Azərbaycandakı səfirliyi 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə bağlı rəsmi saytlarında məlumat yerləşdirib.

Məlumatda qeyd edilib ki, 9 aprel 1989-cu ildə Gürcüstanın paytaxtındakı faciə kimi, 20 yanvar 1990-cı ildə Bakıda keçmiş SSRİ-nin hərbi qüvvələri dinc əhaliyə atəş açaraq ölkənin azadlığı, müstəqilliyi və ərazi bütövlüyünü tələb edən mülki əhalini qəddarcasına cəzalandırıb:

“Qanlı əməliyyatda 133 nəfər həlak olmuş, 744 mülki şəxs xəsarət alıb”.

Bildirilib ki, 20 Yanvar 1990-cı il tarixinin 31-ci ildönümü münasibətilə Gürcüstan səfiri Zurab Pataradze səfirliyin işçiləri ilə birlikdə, ölkənin azadlığı uğrunda şəhid olmuş qəhrəmanların xatirəsini ehtiramla yad edib və Şəhidlər Xiyabanındakı abidə önünə gül dəstələri qoyublar.

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri