Fev
2021
10:43
602
13
3833
Virtual karabakh

“Bayraktar TB2” SİHA Operatorluğu təlimi alan azərbaycanlı hərbçilər məzun oldu - FOTO/VİDEO

6 Fev, 2021
10:43
3833

“Bayraktar TB2” SİHA Operatorluğu təlimi alan azərbaycanlı hərbçilər məzun oldu - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Baykar” şirkəti tərəfindən “Bayraktar TB2 SİHA Operator” təhsili alan Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) 77 əsgəri təhsillərini uğurla başa vurub.

Bu barədə “Haber Global” xəbər yayıb.

SİHA (Silahlı PUA) pilotu, tapşırıq komandiri, faydalı yük operatoru və texniki vəzifələri icra edəcək azərbaycanlı hərbçilər “Baykar” Uçuş Təlim Mərkəzində təşkil edilən mərasimdə sertifikatlarını alıblar.

Keşandakı məzuniyyət mərasimində “Baykar” Baş direktoru Haluk Bayraktar və “Baykar” texnologiya lideri Səlcuq Bayraktar iştirak ediblər. Mərasimdə Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim, Azərbaycan Silahlı Qüvvələrinin general-mayoru Namiq İslamzadə, Azərbaycanın Türkiyədəki səfirliyinin hərbi attaşesi polkovnik Müşfiq Məmmədov, Azərbaycan HHQ Komandanının müavini polkovnik Elşad Pənahov və Müdafiə Nazirliyinin HHQ İdarəsinin rəisi polkovnik Elçin Axundov da iştirak edib.

 

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri