22 
Fev
2021
11:43
22
60
2361
Virtual karabakh

Dövlət Agentliyinin Vətən müharibəsində iştirak edən əməkdaşlarının sayı AÇIQLANDI

22 Fev, 2021
11:43
2361

Dövlət Agentliyinin Vətən müharibəsində iştirak edən əməkdaşlarının sayı AÇIQLANDI

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları 44 günlük İkinci Qarabağ müharibəsində iştirak edib. 

Oxu.Az-ın müxbirinin verdiyi məlumata görə, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) idarə heyətinin sədri Saleh Məmmədov deyib. 

O bildirib ki, müharibədə iştirak edən əməkdaşlardan 10 nəfər zabit olub:

“Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edən əməkdaşlarımızdan 7 nəfər yaralanıb, 1 nəfər isə itkin düşüb.

Eyni zamanda əməkdaşlarımızdan 44 nəfər döyüşdə göstərdikləri şücaətlərə görə Prezident İlham Əliyev tərəfindən medallarla təltif olunublar”.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri