Apr
2021
16:27
375
15
2460
Virtual karabakh

Türkiyəyə müalicəyə göndərilən hərbçilərimizin sayı AÇIQLANDI

3 Apr, 2021
16:27
2460

Türkiyəyə müalicəyə göndərilən hərbçilərimizin sayı AÇIQLANDI

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“YAŞAT” Fondu qazilərin müalicəsi üçün Türkiyədəki klinikalardan həkimlər dəvət edirlər”. 

Oxu.Az-ın məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinin rəisi vəzifəsini icra edən polkovnik Firudin Nəbiyev məlumat verib: 

“Həmin həkimlər bizdə və digər hospitallarda müalicə alan yaralılara da baxış keçiriblər.

Xaricdə müalicəsinə ehtiyac olan yaralıların kimlərin birinci, kimlərinsə ikinci növbədə göndəriləcəyinə dair siyahı tərtib ediblər. Həmin siyahı bizdə də var. O siyahıya uyğun olaraq yaralıları xaricdə müalicəyə göndəririk. Hazırda Türkiyəyə müalicəyə 54 yaralı göndərilib. Onlardan 4-ü artıq geri qayıdıb, 50 nəfərin müalicəsi isə davam edir.

Digərlərinin də getməsi üçün tədbirlər görülür. Yaxın zamanda yaralılardan xaricdə müalicəyə, reabilitasiya və əməliyyata ehtiyacı olanlar da göndəriləcək”.

“İsraildən gələn həkimlərin burada qazilərimizin müalicə və reabilitasiyalarında böyük xidmətləri olub”, - deyə polkovnik qeyd edib.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri