15 
Apr
2021
13:18
306
12
2076
Virtual karabakh

Gənc əsgərlər hərbi hissələrdə xüsusi hazırlıqlar keçir - FOTO+VİDEO

15 Apr, 2021
13:18
2076

Gənc əsgərlər hərbi hissələrdə xüsusi hazırlıqlar keçir - FOTO+VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan ordusunun bütün hərbi hissələrində hərbi xidmətə yeni çağırılmış gənc əsgərlərin hazırlığına xüsusi diqqət yetirilir, bu kateqoriyadan olan hərbi qulluqçularla müxtəlif nəzəri və praktiki məşğələlər keçirilir.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Məşğələlərdə gənc əsgərlərə hərbi intizam qaydaları öyrədilir, onların sıra vərdişləri formalaşdırılır və təkmilləşdirilir. Məşğələ rəhbərləri tərəfindən keçirilən dərslərdə şəxsi heyətə sıra hazırlığının fənn və elementləri öyrədilir.

Hərbi hissələrdə hərbi qulluqçuların fiziki hazırlığına da xüsusi önəm verilir. İdman şəhərciklərində şəxsi heyətlə fiziki hazırlıq üzrə dərslər keçirilir. Hazırlıqlar zamanı şəxsi heyət müxtəlif idman qurğularında məşqlər keçir, müxtəlif normativləri yerinə yetirir.

Azərbaycan ordusunda günün nizam qaydasına uyğun olaraq hərbi qulluqçuların asudə vaxtını səmərəli keçirməsi üçün hərbi hissələrdə istirahət guşələri, ideoloji otaqlar mövcuddur. Burada hərbi qulluqçular hərbi mətbu orqanlarının nəşr etdiyi qəzet, jurnal və digər məhsulların yeni buraxılışları ilə tanış olurlar.

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri