May
2021
12:12
408
18
5062
Virtual karabakh

Şəhid Elməddin Vəkilov dəfn olunub - YENİLƏNİB + FOTO

8 May, 2021
12:12
5062

Şəhid Elməddin Vəkilov dəfn olunub - YENİLƏNİB + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə şəhid olan Elməddin Vəkilov dəfn olunub.

“Report”un məlumatına görə, dəfndə şəhidin yaxınları, ictimaiyyət nümayəndələri və rayon sakinləri iştirak ediblər.

Mərhum Daşkəsən şəhər Şəhidlər xiyabanında torpağa tapşırılıb.

12:21

Vətən müharibəsi zamanı itkin düşən və bir neçə aydan sonra şəhid olduğu müəyyənləşən Elməddin Vəkilovun nəşi ailəsinə təhvil verilib.

“Report”un məlumatına görə, şəhidin cənazəsi Daşkəsəndə ailəsinin yaşadığı evə gətirilib.

Hazırda şəhidlə vida mərasimi keçirilir. Mərasimdə şəhidin yaxınları ilə yanaşı, rayon rəsmiləri, hərbçi yoldaşları və rayon sakinləri iştirak edirlər.

Şəhid Daşkəsən şəhər Şəhidlər xiyabanında dəfn olunacaq.

Qeyd edək ki, 1988-ci il təvəlüdlü Elməddin Nizam oğlu Vəkilov ailəli olub. O, Vətən müharibəsi zamanı xüsusi şücaətlər göstərərək tək başına 10-dan çox düşməni məhv edib.

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri