17 
İyn
2021
20:57
351
33
9154
Virtual karabakh

NATO və Türkiyə: Ermənilərin Kreml üçün qorxulu nağılları – VİDEO

17 İyn, 2021
20:57
9154

NATO və Türkiyə: Ermənilərin Kreml üçün qorxulu nağılları – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ermənistan tərəfindən rusdilli media məkanında yeni təbliğat kampaniyası başladılıb.  

Bu barədə “Caliber”in “YouTube” kanalında yayımlanan yeni süjetdə məlumat verilir.

Videomaterialda bildirilir ki, ermənilər KİV, “Telegram” kanalları və saxta ekspertlər vasitəsilə Bakı və Ankaranın Rusiyadan sadəcə istifadə etdiklərini Moskvaya sübut etməyə çalışırlar.

“Ermənilər sübut etməyə çalışırlar ki, artıq əl-qolu açılan Türkiyə və Azərbaycan bölgəyə NATO-nu gətirəcək. Öz iddialarını möhkəmləndirmək üçün onlar vaxtilə Rusiyanın Atatürkü müdafiə etməsi, sonda isə Türkiyənin NATO-ya qoşulması, eləcə də böyük Turan ideyası kimi arqumentlərdən istifadə edirlər.

Halbuki, Ankaranı irimiqyaslı Avrasiya dövləti planlarının cəlb etdiyini deməyi unudurlar. Ermənilər anlamırlar ki, onlar bu sərsəmləmələri ilə çoxillik imperiya təcrübəsi olan Rusiyanı sadəlövh və avam kimi təqdim edirlər”, - deyə süjetdə qeyd olunur.

Daha ətraflı videomaterialda:

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri