26 
İyn
2021
13:28
615
15
3020
Virtual karabakh

Zakir Həsənov: “Pakistanın dağlarda döyüş bacarıqlarından faydalanmaq istəyirik”

26 İyn, 2021
13:28
3020

Zakir Həsənov: “Pakistanın dağlarda döyüş bacarıqlarından faydalanmaq istəyirik”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Qarabağda minatəmizlənmə məsələləri var və həcm böyükdür. Türkiyə bu işdə bizə dəstək verir, qardaş Pakistandan da dəstək gözləyirik”.

Bu sözləri “REAL TV”yə müsahibəsində Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov deyib.

“Bu yaxınlarda Pakistan Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı ordu generalı Qamar Caved Bacva ölkəmizdə səfərdə idi. Ali Baş Komandan onu qəbul etdi və zəruri məsələlər müzakirə edildi. Bildiyim qədəri ilə, yaxın günlərdə Pakistan da bizə dəstək olacaq.

Digər məsələ isə Pakistan ordusunun dağlarda döyüş təcrübəsinin çox yüksək olmasıdır. Mən müharibəni demirəm, amma ordu varsa, onun planları var. Lazım olduqca istifadə edilir. Biz Pakistanın dağlarda döyüş bacarıqlarından faydalanmaq istəyirik”.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri