Sen
2021
21:26
79
807
15445
Virtual karabakh

Erməni qadın uşaqlarıyla birgə Xankəndidən Şuşaya keçməyə çalışıb

6 Sen, 2021
21:26
15445

Erməni qadın uşaqlarıyla birgə Xankəndidən Şuşaya keçməyə çalışıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Avqustun 1-də işğal illərində Şuşada yaşayan, hazırda isə dörd azyaşlı uşağı ilə Xənkəndidə məskunlaşan İzaura Balasanyan övladları ilə birgə yenidən Şuşaya qayıtmağa cəhd edib.

O, Rusiya sülhməramlılarının müdaxiləsilə saxlanılaraq geri göndərilib.

Məlumat Ermənistan mətbuatında yayılıb.

Qadının sözlərinə görə, onu bu addımı atmağa hazırda qaldığı evin sahibi vadar edib. Belə ki, o, ev kirayəsini 100 min dramdan 150 min dramadək artırıb.

Erməni qadın müvafiq qurumlara kömək üçün müraciət etdiyini və artıq itirəcək heç nəyinin olmadığını bildirib.

O, həmçinin uşaqların atasının uzun illər öncə ürək tutmasından öldüyünü də qeyd edib.

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri