22 
Okt
2021
12:08
290
10
3560
Virtual karabakh

Ağdağ yüksəkliyini nəzarətə götürmək Azərbaycana nə verir? - VİDEO

22 Okt, 2021
12:08
3560

Ağdağ yüksəkliyini nəzarətə götürmək Azərbaycana nə verir? - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Zəngilan ərazisinə aid olan və Qafan şəhərinə yaxın ərazidə yerləşən Ağdağ yüksəkliyinin ordumuz tərəfindən nəzarətə götürülməsi ermənilərin yaşadığı bir neçə kəndə gedən yolun bir hissəsinin Azərbaycan ərazisində qalması ilə nəticələnib.

Bununla yanaşı, Azərbaycan Ordusunun Ağdağ yüksəkliyindəki mövqeləri, bir neçə kənd də daxil olmaqla, ümumilikdə altı erməni yaşayış məntəqəsinə vizual nəzarəti təmin edib.

Ekspertlər hesab edirlər ki, sözügedən yüksəkliyin Azərbaycanın nəzarətinə keçməsi bir sıra perspektivlər vəd edir.

Qeyd edək ki, Ağdağ zirvəsi suveren Azərbaycan ərazisində yerləşir və ordumuzun tam nəzarəti altındadır. Yüksəklik Ermənistanın Qafan və Əkərək şəhərlərini, həmçinin 10-dan çox kəndi müşahidə altında saxlamağa imkan verir. Bu da o deməkdir ki, müharibənin başa çatmasından bir ilə yaxın müddət keçməsinə baxmayaraq, Azərbaycan Silahlı Qüvvələri ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası istiqamətində hər gün hansısa nailiyyətə imza atır.

Göründüyü kimi, Azərbaycanın hərbi-diplomatik qələbəsi ilə nəticələnən Vətən müharibəsindən sonra Azərbaycanın əbədi, əzəli və tarixi torpaqları ordumuzun nəzarətinə qaytarılır. Azərbaycanın bu gün milli gücünü artıran əhəmiyyətli amillər də möhkəm təməllərə söykənən hərbi-siyasi və ictimai inkişafın nümunəsidir.

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri