18 
Yan
2022
19:06
276
41
2314
Virtual karabakh

Azərbaycan Ordusunun Baş Qərargah rəisi HHQ-də toplanışın gedişatını izləyib - FOTO/VİDEO

18 Yan, 2022
19:06
2314

Azərbaycan Ordusunun Baş Qərargah rəisi HHQ-də toplanışın gedişatını izləyib - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Hərbi Hava Qüvvələrinin hərbi hissələrindən birində olub.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, HHQ-nin şəxsi heyəti ilə görüşən Baş Qərargah rəisi hava hücumundan müdafiə rəisləri, zenit-raket divizionlarının komandirləri ilə keçirilən təlim-metodiki toplanışda iştirak edib.

General-polkovnik K.Vəliyev döyüş qabiliyyətinin daha da artırılması və döyüşə hazır olma vəziyyətinin yüksək səviyyədə saxlanılması, hava məkanımızın etibarlı qorunması, döyüş növbətçiliyinin keyfiyyətli təşkili və aparılması ilə bağlı  tapşırıqlar verib.

Sonda Baş Qərargah rəisi şəxsi heyətin qayğıları ilə maraqlanıb və Müdafiə nazirinin müvafiq tapşırıqlarını aidiyyəti üzrə vəzifəli şəxslərə çatdırıb.

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri