May
2022
14:30
620
10
2983
Virtual karabakh

Oğulları ilə Vətən müharibəsində tarix yazan Müşfiq və “Onun Müqəddəs Arzuları” - VİDEO

7 May, 2022
14:30
2983

Oğulları ilə Vətən müharibəsində tarix yazan Müşfiq və “Onun Müqəddəs Arzuları” - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

44 gündə bu xalq üç minə yaxın şəhid verdi. Hər birinin də xatirəsi əzizdir bizim üçün. Hər birinin bir adı var, Şəhid! Bizim üçün o yoxdur, onlardan biri var. Elə onlardan biri də Müşfiq Abbasovdur. 44 günlük müharibə ərzində sosial şəbəkələr onu iki övladı və bir qardaşı ilə könüllü müharibəyə qatılan ailə kimi tanıyırdı.

Oxu.Az-ın məlumatına görə, Şəkidən Vətən müharibəsində könüllü iştirak edən həvəskar bir qrup Vətən yolunda şəhid olan qəhrəmanlarımızı lentə almağa başlayır. Elə ilk sənədli filmləri də “Onun Müqəddəs Arzuları” filmidir.

Film Ağdam və Şəki şəhərində çəkilib. İdeya müəllifi və ssenarist Elgün Gəncimsoy, rejissor Taleh Urfansoy, layihə rəhbəri Asim Əliyev, prodüser Asif Məmmədəliyevdir. 

Film Müşfiq Abbasovun Vətənə olan sevgisindən və azad görmək istədiyi Vətəninin ən böyük arzusuna çevrildiyi Müqəddəs torpaqdan bəhs edir.

Qeyd edək ki, filmin aktyor heyəti Şəki Dövlət Dram Teatrının peşəkar işçiləridir.

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri