15 
İyn
2022
15:00
293
8
1185
Virtual karabakh

Azərbaycan Quru Qoşunlarının komandanı: “Türkiyə ilə hərbi təlimlər sürətlə inkişaf etdirilir”

15 İyn, 2022
15:00
1185

Azərbaycan Quru Qoşunlarının komandanı: “Türkiyə ilə hərbi təlimlər sürətlə inkişaf etdirilir”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Şuşa Bəyannaməsinin tələblərinə uyğun olaraq hazırda Qafqaz regionunda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi, bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası istiqamətində çox vacib işlər görülür”.

“Report”un xəbərinə görə, bunu müdafiə nazirinin müavini – Quru Qoşunların komandanı general-leytenant Ənvər Əfəndiyev “Azərbaycan-Türkiyə strateji müttəfiqlik münasibətləri Qafqaz və region üçün sülh və sabitlik mənbəyidir” mövzusunda Şuşada keçirilən konfransda deyib.

Onun sözlərinə görə, region dövlətləri arasında münasibətlərin normallaşdırılması və uzunmüddətli sülhün təmin edilməsi istiqamətində Azərbaycan və Türkiyənin birgə təşəbbüsləri yüksək səviyyədə davam etdirilir.

“Digər sahələrdə olduğu kimi Şuşa Bəyannaməsinin 11, 12 və 13-cü bəndlərinə uyğun olaraq Silahlı Qüvvələrimiz arasında da hərbi təlim və təhsil sahəsində əməkdaşlığımız sürətlə inkişaf etdirilir”, - deyə general-leytenant vurğulayıb.

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri