16 
İyn
2022
16:58
127
21
1809
Virtual karabakh

Dörd ölkənin hərbçiləri Bakıda müzakirələr apardı

16 İyn, 2022
16:58
1809

Dörd ölkənin hərbçiləri Bakıda müzakirələr apardı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hərbi Dəniz Qüvvələrinin qərargahında “Beynəlxalq Ordu Oyunları - 2022” yarışları çərçivəsində Azərbaycanın ərazi sularında təşkil olunacaq “Dəniz kuboku” beynəlxalq müsabiqəsinin planlaşdırma konfransı keçirilib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Azərbaycan, Rusiya, Qazaxıstan və İran nümayəndə heyətlərinin iştirak etdiyi konfransda “Dəniz kuboku” müsabiqəsinə hazırlıqla bağlı məsələlər və görüləcək işlər müzakirə olunub. Sonra müsabiqənin keçiriləcəyi təlim-tədris kompleksinə baxış keçirilib.

Qeyd edək ki, “Dəniz kuboku” müsabiqəsinin cari ilin avqust ayında keçirilməsi planlaşdırılır.

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri