27 
Sen
2022
13:54
271
4
1151
Virtual karabakh

Aİ Vətən müharibəsində şəhid olanların ailələrinə başsağlığı verib

27 Sen, 2022
13:54
1151

Aİ Vətən müharibəsində şəhid olanların ailələrinə başsağlığı verib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyi İkinci Qarabağ müharibəsində şəhid olanların ailələrinə dərin hüznlə başsağlığı verir.

Bu barədə Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyi “Facebook” səhifəsində paylaşım edib.

“2020-ci il müharibəsində həlak olanların xatirəsinin anım günündə Aİ-nin Azərbaycandakı Nümayəndəliyi münaqişədə həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir. Aİ Azərbaycan və Ermənistanla davamlı sülh naminə yaxından işləmək niyyətindədir, barışığa və düşmənçilik səhifəsini çevirməyə yönəlik səyləri dəstəkləyir. Azərbaycan xalqına və regiona sülh və firavanlıq arzulayırıq!” - paylaşımda bildirilib.

Xatırladaq ki, bu gün Vətən müharibəsinin başlamasından iki il ötür. 2020-ci ilin sentyabrın 27-də Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlarının, döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə bütün cəbhəboyu əks-hücum əməliyyatlarına başlayıb.

Bu gün Azərbaycanda Vətən Müharibəsində həlak olmuş şəhidlərin Anım Günü kimi qeyd olunur.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri