23 
Noy
2022
17:12
347
16
2966
Virtual karabakh

MN: Türkiyə və Rusiya generalları erməni silahlılarının mina basdırdıqları əraziyə gediblər - FOTO/VİDEO

23 Noy, 2022
17:12
2966

MN: Türkiyə və Rusiya generalları erməni silahlılarının mina basdırdıqları əraziyə gediblər - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən Sarıbaba yüksəkliyinin şimal istiqamətində basdırılmış, Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələrinin aşkar etdiyi Ermənistan istehsalı olan piyada əleyhinə mina sahəsinə baxış keçirilib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. 

Məlumata görə, Azərbaycan Müdafiə Nazirliyinin dəvətinə əsasən, Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı qüvvələrinin komandanı general-mayor Andrey Volkov, Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin Türkiyə kontingentinin rəhbəri general-mayor Fatih Akpınar və Rusiya kontingentinin rəhbəri kontr-admiral Oleq Semyonov noyabrın 23-də qeyd olunan ərazidə olublar.

Qeyd edək ki, 2021-ci ildə Ermənistanda istehsal edilmiş 350 ədəd “PMN-Э” tipli piyada əleyhinə mina bölmələrimiz tərəfindən noyabrın 21-də zərərsizləşdirilib.

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri