Yan
2023
18:05
183
17
2178
Virtual karabakh

Azərbaycan MN Ermənistanın yaydığı açıqlamaları təkzib etdi: YALANDIR! - VİDEO

6 Yan, 2023
18:05
2178

Azərbaycan MN Ermənistanın yaydığı açıqlamaları təkzib etdi: YALANDIR! - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Qarşı tərəfin yaydığı məlumat yalandır və dezinformasiya xarakteri daşıyır. Uydurma və reallığı əks etdirməyən rəqəmlərin əks olunduğu bu cür məlumatlar ictimaiyyəti çaşdırmaq məqsədi güdür”.

Bu barədə Oxu.Az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, erməni mətbuatının guya Azərbaycan Ordusunun 2022-ci ildəki itkiləri ilə bağlı yaydığı məlumatlar yalandır.

“Qeyd edək ki, ordumuzun itkiləri barədə ölkə mətbuatında mütəmadi olaraq rəsmi məlumatlar verilmişdir. Ermənistan mətbuatı ehtiyata buraxıldıqdan sonra müxtəlif səbəblərdən dünyasını dəyişmiş vətəndaşlar barədə məlumatları belə ordumuzun döyüş itkiləri kimi qələmə verməyə çalışır. Odur ki, vətəndaşlarımızı, media nümayəndələrini, həmçinin sosial şəbəkə istifadəçilərini bu cür həqiqətə uyğun olmayan məlumatları tirajlamamağa çağırırıq”, - nazirlikdən vurğulanıb

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri