Mar
2023
14:20
711
46
12383
Virtual karabakh

Ermənistan tərəfinin Qarabağda törətdiyi növbəti təxribatla bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB

5 Mar, 2023
14:20
12383

Ermənistan tərəfinin Qarabağda törətdiyi növbəti təxribatla bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan tərəfi Rusiya sülhməramlı kontingentinin komandanlığının diqqətinə çatdırır ki, üçtərəfli Bəyanatın bəndlərinin yerinə yetirilməsi qeyd-şərtsiz və tam təmin edilməlidir.

Bildiririk ki, Qarabağ iqtisadi rayonu ilə Ermənistan Respublikası arasında yeganə istifadə oluna biləcək avtomobil yolu Xankəndi-Laçın yoludur.

Rusiya sülhməramlı kontingentinin komandanlığına bir daha xatırladırıq ki, başqa marşrutlar üzrə hərbi və digər təyinatlı daşınmaların həyata keçirilməsi qəti surətdə yolverilməzdir.
Xatırladırıq ki, Ermənistandan Qarabağ iqtisadi rayonuna silah-sursat, digər hərbi təchizat, o cümlədən minalar, yanacaq və canlı qüvvənin daşınması faktları bundan əvvəl də müəyyən olunmuşdur.

Qeyd olunan marşrut üzrə minaların daşınması ilə əlaqədar Azərbaycan tərəfi dəfələrlə beynəlxalq ictimaiyyəti xəbərdar etmişdir.

Əlavə olaraq bildiririk ki, 2022-ci ildə Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin nümayəndələrinin Ermənistan tərəfindən basdırılan və sonradan aşkar edilən minalara baxış üçün əraziyə səfərləri də təşkil edilmişdir.

Bu gün baş vermiş insident bir daha Azərbaycan tərəfindən Laçın-Xankəndi yolunun üzərində müvafiq nəzarət-keçid məntəqəsinin yaradılmasının zəruri olduğunu göstərir.

Ermənistanın yenə də Azərbaycanın Qarabağ iqtisadi rayonuna hərbi daşınmaları hayata keçirməsi faktı bu ölkənin Azərbaycana qarşı davam edən təcavüzü və terror siyasətidir.

14:00

Azərbaycan ordusu Qarabağda erməni təxribatına cavab verib.

Oxu.Az Ermənistan KİV-ə istinadən məlumat verir ki, təxribata qarşı keçirilən cavab əməliyyatları nəticəsində erməni qanunsuz silahlı birləşməsinin üç üzvü məhv edilib.

Qeyd edilib ki, suveren Azərbaycan torpaqlarında separatçılıqla məşğul olan və təxribat törədən polkovnik-leytenant Armen Babayan, mayor David Danielyan və leytenant Ararat Qasparyan öldürülüb.

Leytenant David Ovsepyan isə yaralanıb.

13:26

Azərbaycanın Xankəndi şəhərində yaşayan ermənilər şəhər ətrafından güclü silah səslərinin gəldiyini bildirirlər.

Bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Bildirilib ki, Azərbaycan öz ərazisində erməni təxribatına qarşı əməliyyat keçirir.

Erməni tərəfi iddia edir ki, nəticədə bir separatçı ölüb, bir nəfər isə yaralanıb.

Qeyd edək ki, Qarabağda baş vermiş istənilən təxribatın səbəbkarı Nikol Paşinyan və onun rəhbərlik etdiyi Ermənistan hökumətidir. Azərbaycanın suveren ərazisində heç bir əlavə separatçı silahlı dəstə, hansısa bir bölücü fəaliyyət yolverilməzdir.

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri