26 
May
2023
20:43
287
67
6425
Virtual karabakh

Ermənistanın təxribat-diversiya qrupu tərəfindən dövlət sərhədimizin pozulması ilə bağlı RƏSMİ AÇIQLAMA -VİDEO

26 May, 2023
20:43
6425

Ermənistanın təxribat-diversiya qrupu tərəfindən dövlət sərhədimizin pozulması ilə bağlı RƏSMİ AÇIQLAMA -VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

May ayının 26-da Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan Silahlı Qüvvələrinin təxribat-diversiya qrupu tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədinin pozulması cəhdinin qarşısı alınıb.

Bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb.

Bildirilib ki, sərhəd-döyüş məntəqəsində xidmətdə olan hərbi qulluqçuların sayıqlığı nəticəsində təxribat-diversiya qrupunun hərəkəti vaxtında aşkarlanaraq zəruri tədbirlər görülmüş və nəticədə Ermənistan Silahlı Qüvvələrinin 2 hərbi qulluqçusu saxlanılıb.

Diversiya qrupunun digər üzvləri ərazinin mürəkkəb relyefə malik olmasından istifadə edərək geri qaçıblar.

Əməliyyat şəraiti nəzarətdə saxlanılır.

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri