28 
Apr
2024
01:36
10
155
2945
Virtual karabakh

Ağdamda tank əleyhinə mina partladı: Xəsarət alan var

28 Apr, 2024
01:36
2945

Ağdamda tank əleyhinə mina partladı: Xəsarət alan var

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ağdam rayonu ərazisində mina hadisəsi baş verib.

Bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi (DİN), Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) birgə məlumatında bildirilib.

Qeyd olunub ki, 2024-cü il 27 aprel tarixində işğaldan azad edilmiş Ağdam rayonunun Mərzili kəndi ərazisində mina hadisəsi baş verib. Xəsarət alan şəxs 1994-cü il təvəllüdlü Vidadi Vüqar oğlu Hüseynov idarə etdiyi qreyder ilə yolu azaraq minalardan təmizlənməmiş ərazidə tank əleyhinə minaya düşüb.

Hadisə nəticəsində Vidadi Hüseynov sağ əlindən xəsarətlər alıb. Zərərçəkən şəxs rayon xəstəxanasına təxliyə edilib. Mina partlayışı nəticəsində texnikaya zərər dəyib.

Faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri