May
2024
17:39
325
44
3420
Virtual karabakh

Norveçli səyahətçilər Ağdamda olublar - YENİLƏNİB + FOTO

2 May, 2024
17:39
3420

Norveçli səyahətçilər Ağdamda olublar - YENİLƏNİB + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Norveçin beynəlxalq səyahətçilərdən ibarət milli klubu - “Vagaclub”un 30 nəfərdən ibarət heyəti Ağdama səfər ediblər.

“Report” xəbər verir ki, qonaqlar işğal illərində Ermənistanın Ağdamda törətdiyi dağıntılara baxıb, aparılan bərpa və tikinti işləri ilə tanış olublar.

Onlar ərazilər işğaldan azad edildikdən sonra bərpa edilmiş Ağdam məscidinə, çörək muzeyinin xarabalıqlarına, Dram Teatrına və Şəhidlər xiyabanına baş çəkiblər.

Norveçli səyahətçilərə şəhərin işğal və dağıntıdan əvvəlki tarixi fotoşəkilləri nümayiş etdirilib.

Qeyd edək ki, tanınmış səyyah Yorn Auqestadın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanın işğaldan azad edilmiş ərazilərindədir. Norveçli səyahətçilər Qarabağda və Şərqi Zəngəzurda erməni vandalizminin izləri ilə tanış olurlar.

13:26

Norveçin beynəlxalq səyahətçilərdən ibarət milli klubu - “Vagaclub”un 30 nəfərdən ibarət heyəti Şuşada Cıdır düzündə olub.

“Report”un Şuşaya ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, qonaqlar Şuşa qalasına da baş çəkib, şəhərdə aparılan bərpa işlərinin gedişi ilə tanış olublar.

Nümayəndə heyətinin üzvləri Ermənistanın işğal zamanı törətdiyi cinayətlərin nəticələrini gözləri ilə görüblər.

Qeyd edək ki, tanınmış səyyah Yorn Auqestadın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanın işğaldan azad edilmiş ərazilərindədir. Norveçli səyahətçilər Qarabağda və Şərqi Zəngəzurda erməni vandalizminin izləri ilə tanış olurlar.

11:31

Norveçin beynəlxalq səyahətçilərdən ibarət milli klubu - “Vagaclub”un 30 nəfərdən ibarət heyəti Şuşada səfərdədir.

“Report” xəbər verir ki, qonaqlar şəhərdə aparılan bərpa işlərinin gedişi ilə tanış olacaq, həmçinin Şuşa qalasına və Cıdır düzünə baş çəkəcəklər.

Qeyd edək ki, tanınmış səyyah Yorn Auqestadın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanın işğaldan azad edilmiş ərazilərindədir. Norveçli səyahətçilər Qarabağda və Şərqi Zəngəzurda erməni vandalizminin izləri ilə tanış olacaqlar.

08:30

Norveçin beynəlxalq səyahətçilərdən ibarət milli klubu - “Vagaclub”ın 30 nəfərdən ibarət heyətinin işğaldan azad edilmiş ərazilərə səyahəti başlayıb.

AZƏRTAC xəbər verir ki, dünya səyyahı Corn Auqestadın rəhbərlik etdiyi səyyahlar Qarabağ və Şərqi Zəngəzurda erməni vandalizminin izləri ilə tanış olacaqlar.

Onlara Ermənistanın mina terroru, Azərbaycan dövləti tərəfindən azad olunmuş ərazilərimizdə aparılan bərpa-yenidənqurma işləri, həyata keçirilən infrastruktur layihələri barədə məlumatlar veriləcək. Eyni zamanda, onlar uzun illər sonra öz doğma yurdlarına qayıdan sakinlərin yaşayışı şəraiti ilə tanış olmaq imkanı qazanacaqlar.

Səyyahların Füzuli, Ağdam, Cəbrayıl, Şuşa, Laçın şəhərlərinə səfərləri nəzərdə tutulub.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri