Avq
2016
22:25
302
30
2723
Virtual karabakh

Türkiyədə çevriliş cəhdi nəticəsində ölənlərin ailələri kompensasiya alacaq

6 Avq, 2016
22:25
2723

Türkiyədə çevriliş cəhdi nəticəsində ölənlərin ailələri kompensasiya alacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyə hökuməti hərbi çevriliş cəhdi nəticəsində ölən və xəsarət alanların ailəsinə kompensasiya ödəyəcək.

Oxu.Az-ın “CNN Türk” telekanalına istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyənin əmək və sosial təminat naziri Süleyman Soylu bildirib.

Nazirin sözlərinə görə, mülki və xidmət çəkən şəxslərin ailələri 240 min lirə məbləğində (79 min dollar) birdəfəlik kompensasiya alacaqlar.  

Bundan başqa, onlara hər ay 3,2 min lirə (1000 dollaradək) müavinət veriləcək, həmçinin, ailənin iki üzvü daimi işlə təmin olunacaq.   

Qeyd edək ki, Türkiyədə iyulun 16-na keçən gecə hərbi çevriliş cəhdi nəticəsində 246 nəfər (qiyamçıları çıxmaq şərti ilə)  həlak olub, 2 mindən çox şəxs yaralanıb.  

www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri