23 
Avq
2016
13:03
49
326
8491
Virtual karabakh

Permyakova ömürlük həbs cəzası verildi – YENİLƏNİB

23 Avq, 2016
13:03
8491

Permyakova ömürlük həbs cəzası verildi – YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyalı hərbçi Permyakov cəzasını çəkmək üçün öz ölkəsinə göndəriləcək.

Ermənistanda 2015-ci ilin yanvar ayının 12-də Avetisyan ailəsinin 7 üzvünü qətlə yetirməkdə ittiham edilən rus hərbçi Valeri Permyakovun işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Oxu.Az erməni KİV-nə istinadən xəbər verir ki, məhkəmə Permyakova ömürlük həbs cəzası verib. 

Məhkəmənin keçirildiyi binada təhlükəsizik tədbirləri gücləndirilib. Qərar açıqlanarkən məhkəmə zalında zərərçəkənlərin yaxınlarından heç kim olmayıb. 

10:43

“Bu gün Şirak vilayətinin ümumi ədliyyə məhkəməsində 2015-ci ilin yanvar ayının 12-də Avetisyan ailəsinin 7 üzvünü qətlə yetirməkdə ittiham edilən, Rusiyanın Gümrüdə yerləşən 102-ci hərbi bazasının hərbçisi Valeri Permyakova hökm oxunacaq”.

Oxu.az Tert.am nəşrinə istinadən xəbər verir ki, Permyakov gözlənildiyi kimi ömürlük həbs cəzası alacaq. 

Amma “Joxovurd” qəzetinin məlumatına görə, V.Permyakov cəzasını çəkmək üçün Rusiyaya göndəriləcək.

“Ermənistan və Rusiya hakimiyyəti bunun Ermənistanda etirazla qarşılanacağını bildiklərindən əsgəri 2013-cü il iyulun 13-də avtomobil qəzası törətdiyi üçün məhkum olunaraq, cəzasını Rusiya həbsxanasında çəkən Qraç Arutyunyanla dəyişməyi müzakirə edir. 

“Başqa sözlə, Permyakov Rusiyaya yola salınan kimi Arutyunyanın da Ermənistanın hüquq-mühafizə orqanlarına təhvil verildiyi elan olunacaq”, - qəzet yazır. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri