19 
Okt
2016
10:15
39
14
1783
Virtual karabakh

Nobel komitəsi Bob Dilanla danışa bilmədi

19 Okt, 2016
10:15
1783

Nobel komitəsi Bob Dilanla danışa bilmədi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İsveç akademiyası, bir müddət öncə ədəbiyyat üzrə Nobel mükafatına layiq görülən amerikalı şair və musiqiçi Bob Dilan ilə əlaqə qurmaq üçün göstərdiyi cəhdlərə son qoyub. 

Oxu.Az bu barədə BBC-yə istinadən xəbər verir. 

“Biz indi heç bir şey  etmirik”, - akademiyanın daimi katibi Sara Danius bildirib. “Mən onun nümayəndəsinə zəng etmişəm və elektron məktub yollamışam və məqbul cavablar almışam. Hələlik, bu, yetərlidir”, - o deyib. 

Dilanın dekabrın 10-na təyin edilmiş mükafatların təqdimetmə mərasiminə gələcəyi məlum deyil.

“Gəlmək istəməsə, gəlməyəcək. Amma buna baxmayaraq, onun şərəfinə təntənəli gecə təşkil ediləcək”, - Danius jurnalistlərə deyib.

Dilan indiyə qədər oktyabrın 13-də elan edilmiş mükafat barədə şərh verməyib. 

Bob Dilan mahnı mətnlərinə görə ədəbiyyat üzrə ilk Nobel mükafatı alan laureatdır. 

N.O.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri