25 
Noy
2016
12:23
55
26
1670
Virtual karabakh

Avropa Komissiyasının saytı kiber hücuma məruz qalıb

25 Noy, 2016
12:23
1670

Avropa Komissiyasının saytı kiber hücuma məruz qalıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Avropa komissiyasının internet saytı dünən irimiqyaslı kiber hücuma məruz qalıb. 

Oxu.Az xəbər verir ki, bu barədə AK rəsmi nümayəndəsi Marqaritis Sxinas bildirib.

Hücumun hardan istiqamətləndiyi dəqiqləşdirilməyib. 

“İri miqyaslı kibernetik hücum həyata keçirilib, hücumun qarşısı alınıb. İnformasiya axını qeyd edilməyib”, - o, bildirib.

Söhbət DdoS- hücumdan gedir, bu informasiya servislərinin çoxsaylı avtomatik sorğularla yüklənməsi deməkdir, bu yüklənmə sistemin işində ciddi fəsadlara səbəb ola bilər. Avropa komissiyası iddia edir ki, fəsad yalnız internet-servisin işində sürətin azalması ilə məhdudlaşıb. 

Dünən Brüsseldə Aİ-Ukrayna sammiti keçirilirdi, sammitin yekun mətbuat konfransı Aİ institutlarının vahid internet-yayın sistemi ilə yayınlanırdı.

N.O.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri