Lukaşenko ABŞ və Avropa ölkələri üçü viza rejimini ləğv etdi
Lukaşenko ABŞ və Avropa ölkələri üçü viza rejimini ləğv etdi
Belarus prezidenti Aleksandr Lukaşenko “Xarici vətəndaşların ölkəyə girişinin vizasız rejiminin yaradılması” barədə fərman imzalayıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə bazar ertəsi, yanvarın 9-da, Belarus XİN məlumat yayıb.
Fərmanda qeyd olunur ki, 80 ölkənin vətəndaşları beş gün müddətinə Belarusa vizasız daxil ola bilər.
Siyahıya Avropanın 39 ölkəsi, həmçinin ABŞ, Yaponiya, Braziliya, İndoneziya, Vyetnam, Haiti, Qambiya, Honduras, Hindistan, Çin, Livan, Namibiya və digər ölkələr daxil edilib.
Vizasız rejim Rusiyadan gələn xarici vətəndaşlara aid edilmir, belə ki iki ölkə arasındakı reyslər daxili pasport vasitəsi ilə həyata keçirilir.
Belarus prezidentinin mətbuat xidmətinin məlumatına görə, bu addım xarici biznesmenlərin və turistlərin ölkəyə səfərlərinin artırılması məqsədilə atılıb.
Fərman imzalandığı gündən bir ay sonra qüvvəyə minir.
S.B.
www.oxu.az