17 
Fev
2017
17:56
131
76
1718
Virtual karabakh

Rusiyada “Eurovision”a Kobzonu göndərmək təklif edilib

17 Fev, 2017
17:56
1718

Rusiyada “Eurovision”a Kobzonu göndərmək təklif edilib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Ədalətli Rusiya” fraksiyasının sədr müavini Oleq Nilov Ukraynada keçiriləcək “Eurovision” mahnı müsabiqəsinə Rusiyadan İosif Kobzonu və A.V.Aleksandrov adına mahnı və rəqs ansamblını göndərməyi təklif edib. 

Oxu.Az Rambler news məlumat yayıb. 

“Mənim təklifim İosif Davıdoviçi Aleksandrov xoru ilə mayın 9-da Kiyevə (müsabiqəyə) göndərməkdir, əgər Ukrayna imtina edərsə, gəlin müvafiq tədbirlər görək”, - Nilov bunu Dövlət Dumasının plenar iclasında bəyan edib. 

Ukrayna “Eurovision-2017”-ni qəbul etmək hüququnu Camalanın 2016-cı ildə Stokholmda keçirilən müsabiqədə “1944” mahnısı ilə qalib gəldikdən sonra qazanıb. Müsabiqənin finalı mayın 13-nə, yarımfinallar isə 9 və 11-nə planlaşdırılıb. 
 
N.О.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri