12 
Apr
2017
12:35
22
149
3321
Virtual karabakh

Jirinovski Trampın impiçmenti şərəfinə şampan içməyi vəd edib

12 Apr, 2017
12:35
3321

Jirinovski Trampın impiçmenti şərəfinə şampan içməyi vəd edib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiya Liberal Demokrat Partiyasının (RLDP) lideri Vladimir Jirinovski Suriyada terrorizm ilə mübarizədə xarici siyasət ritorikasından uzaqlaşdığı üçün ABŞ prezidenti Donald Trampın qarşılaşdığı impiçmenti şərəfinə şampan içəcəyini vəd edib. 

Oxu.Az bu barədə TASS-a istinadən xəbər verir. 

“Amerikalıların yarısı fərqli xarici siyasətə səs vermişdilər. Tramp öz vədlərini pozur. Bu cür davam edərsə, o impiçmentdən yan keçə bilməyəcək. O zaman biz impiçment şərəfinə şampan içəcəyik”, - o, jurnalistlərə Rusiya-Amerika münasibətlərində yaranan vəziyyəti şərh edərkən bildirib. 

2016-cı ilin noyabr ayında RLDP fraksiyası Trampın ABŞ prezidenti seçkilərində qalib gəlməsi xəbərindən sonra banket təşkil etmiş və bunu şampan içərək qeyd etmişdilər. 

N.О.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri