21 
Apr
2017
09:11
14
100
831
Virtual karabakh

Kanadada qatar relsdən çıxıb, ölənlər var

Kanadanın qərb sahilində yerləşən Vankuver adasında yük qatarı relsdən çıxıb.

Oxu.Az-ın Report-a istinadən verdiyi xəbərə görə, polis iki nəfərin öldüyünü təsdiq edib.
Daha 3 nəfərin xəsarət aldığı və xəstəxanaya yerləşdirildiyi bildirilir. Onlardan birinin vəziyyəti ağırdır.

Odun daşıyan qatarda ağac tədarük edən “Western Forest Products” şirkətinin əməkdaşları olub.

İ.N

www.oxu.az

Digər Dünya xəbərləri