21 
Apr
2017
23:39
17
488
11308
Virtual karabakh

Özbəkistanda ana övladını satışa çıxardı

Qadın bu pula ev almaq istəyib.

Özbəkistanda tükürpədici hadisə baş verib. Ölkənin hüquq-mühafizə orqanları Daşkənddə 14 min dollara dördyaşlı oğlunu satmağa çalışan qadını saxlayıb.

Oxu.Az istipress-ə istinadən xəbər verir ki, qadının bu addımı atmasına səbəb, onun ev almaq istəməsi olub.

Polis idarəsindən verilən məlumata görə, qadının öz uşağını satacağı barədə qərar qəbul etməsindən sonra polis əməkdaşları potensial alıcı rolunda çıxış edərək əməliyyata başlayıblar. Qadın “avans” aldıqdan sonra polis tərəfindən saxlanılıb.

Uşaq hazırda reabilitasiya mərkəzindədir. Qadın barəsində “insan alveri” maddəsi ilə cinayət işi başlanıb. Onu 8 ildən 12 ilə qədər azadlıqdan məhrum etmə cəzası gözləyir.

A.M.

www.oxu.az

Digər Dünya xəbərləri