May
2017
23:00
284
27
3554
Virtual karabakh

Permyakov cəzasını Rusiyada çəkəcək

4 May, 2017
23:00
3554

Permyakov cəzasını Rusiyada çəkəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ermənistanda Avetisyanlar ailəsinin 7 üzvünün qətlində təqsirli bilinərək ömürlük həbs cəzası məhkum edilmiş rusiyalı hərbçi Valeri Permyakov cəzasını Rusiyada çəkəcək. 

Oxu.Az-ın APA-ya istinadən verdiyi xəbərə görə,  bu barədə Şimali Qafqaz Dairə Hərbi Məhkəmənin nümayəndəsi bildirib.  

“Əlbəttə ki, o cəzasını Rusiyada çəkəcək”, - deyə adı çəkilməyən nümayəndə bildirərək, Permyakovun Rusiyanın hansı bölgəsində cəza çəkəcəyini açıqlamayıb.

Ermənistanın Ədliyyə Nazirliyi bundan əvvəl Permyakovun Rusiyada cəza çəkən Ermənistan vətəndaşı Qraçya Arutyunyanla dəyişdirilməsinin mümkünlüyünə dair xəbərləri təkzib edib. 

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri