10 
May
2017
10:56
13
275
6446
Virtual karabakh

Ermənilərin Azərbaycana qarşı növbəti təxribatı

10 May, 2017
10:56
6446

Ermənilərin Azərbaycana qarşı növbəti təxribatı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Eurovision 2017” mahnı müsabiqəsində növbəti erməni təxribatı baş verib.

Oxu.Az Gazeta.ru-ya istinadən xəbər verir ki, “Eurovision 2017” mahnı müsabiqəsində  Azərbaycanın nümayəndəsi Dihajın profaylının nümayişi zamanı Ermənistanın Birinci kanalının diktoru çıxış edən haqqında bir kəlmə də deməyib. O, efirdə “Bu gün Ermənistanda üç bayram - “Qələbə günü”, “Qarabağ ordusunun günü”, “Şuşanın azad olunması günü” qeyd edilir” bəyan edib. 

Bundan sonra Azərbaycanın adını çəkmədən erməni diktoru “İndi isə növbəti ölkənin nümayəndəsi “Skeletlər” mahnısı ilə çıxış edir”.  

Qeyd edək ki, Dihaj “Skeletons” mahnısı ilə “Eurovision 2017” müsabiqəsinin finalına vəsiqə qazanıb, Azərbaycandan başqa finala Moldova, Yunanıstan, İsveç, Portuqaliya, Polşa, Ermənistan, Avstraliya, Kipr və Belçika da vəsiqə qazanıb. 

N.O.
www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri