18 
May
2017
12:47
176
13
4330
Virtual karabakh

Poroşenko vizasız rejim haqqında qanuna belə sevindi – VİDEO

18 May, 2017
12:47
4330

Poroşenko vizasız rejim haqqında qanuna belə sevindi – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“112 Ukraina” telekanalı Ukrayna və Avropa İttifaqı (Aİ) arasında viza rejiminin ləğv edilməsinə dair qanunun imzalanmasına ölkə prezidentinin reaksiyasının videosunu paylaşıb.

Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, Ukrayna prezidenti gülümsəyir, baş barmağı ilə “əla” işarəsini göstərir, avropalı siyasətçiləri əl sıxmağa məcbur edirdi. 

Aİ və Ukrayna arasında vizasız rejim haqqında qanunun imzalanma mərasimi çərşənbə günü Strasburqda baş tutub. Sənədi Avropa Parlamentinin prezidenti Antonio Tayani və Aİ Şurasında sədrlik edən Maltanın DİN rəhbəri Karmelo Abela imza atıblar. 

N.О.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri