İyl
2017
23:19
445
18
2668
Virtual karabakh

ABŞ-da Ermənistan səfirliyi qarşısında etiraz aksiyası – VİDEO + FOTO

7 İyl, 2017
23:19
2668

ABŞ-da Ermənistan səfirliyi qarşısında etiraz aksiyası – VİDEO + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ermənistanın Vaşinqtondakı səfirliyi qarşısında Yerevanın hərbi təxribatlar nəticəsində Azərbaycanın dinc sakinlərin həlak olmasına qarşı etiraz aksiyası keçirilib.

Oxu.Az-ın Trend-ə istinadən məlumatına görə, səfirliyin qarşısında insanlar iki yaşlı Zəhra Quliyevanın həlak olmasını pisləyiblər.

Xatırladaq ki, iyulun 4-də axşam saatlarında erməni silahlı birləşmələri Füzuli rayonunun Alxanlı kəndini minaatanlardan atəşə tutub. Təxribat nəticəsində Alxanlı kənd sakinləri - 1966-cı il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə ağır yaralanıb.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri