17 
İyl
2017
16:29
510
20
7350
Virtual karabakh

Monqolustanın yeni prezidenti işə piyada getmək qərarına gəlib

Monqolustanın yeni prezidenti Xaltmaagiyn Battulqa parlamentin sədri və baş nazirin yaşadığı evlərin yaxınlığında yerləşən “İx Tenger” prezident iqamətgahında yaşamaqdan imtina edib.

Oxu.Az-ın Report-a istinadən verdiyi xəbərə görə, son 63 ildir Monqolustanın bütün başçıları xüsusi qorunan Boqd-Xan-Uul dağında yerləşən ərazidə yaşayıblar.

Prezident X.Battulqa Mərkəzi poçtun yaxınlığında yerləşən və o qədər də böyük olmayan evdə yaşamaq qərarına gəlib. Dövlət başçısı işə 400 metrlik məsafəni piyada getmək istəyir.

Ölkənin Prezident Administrasiyası bir çox məmurların da böyük “Jeep”lərdən və digər dəbdəbədən imtina edəcəyinə ümid bəsləyir.

N.O.

www.oxu.az

Digər Dünya xəbərləri