17 
İyl
2017
22:59
20
334
15507
Virtual karabakh

Toya gedən gəlin yolda atışmanın qurbanı oldu

Əfqanıstanın paytaxtı Kabildə toy karvanı və hökumət rəsmisinin mühafizəçiləri arasında baş verən atışma zamanı gəlin ölüb.

Oxu.Az-ın RİA Novosti-yə istinadən məlumatına görə, hadisə iyulun 16-na keçən gecə baş verib. 

Gəlin və bəyi toya müşayiət edən insanlar göyə atəş açıblar. 

Onların nüfuzlu siyasətçi Məhəmməd Mohakikin evinin yanından keçən zaman sonuncunun mühafizəçiləri cavab atəşi açıblar. 

Polisin məlumatına əsasən, insident zamanı gəlin ölüb, daha dörd nəfər isə yaralanıb.

Araşdırmadan sonra toy karvanında olan iki nəfər və iki mühafizəçi həbs edilib. Qızın kim tərəfindən güllələndiyi hələlik məlum deyil. 

S.B.
www.oxu.az

Digər Dünya xəbərləri