28 
İyl
2017
18:23
259
85
5979
Virtual karabakh

İsveçrədə Gülnarə Kərimovanın 840 milyon dollarlıq aktivlərinə həbs qoyuldu

28 İyl, 2017
18:23
5979

İsveçrədə Gülnarə Kərimovanın 840 milyon dollarlıq aktivlərinə həbs qoyuldu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İsveçrə Baş Prokurorluğu Özbəkistanın birinci prezidenti, mərhum İslam Kərimovun qızı Gülnarə Kərimovaya məxsus, təxminən 840 milyon dollarlıq aktivlərə həbs qoyub. 

Oxu.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, bu barədə İsveçrə Prokurorluğunun mətbuat xidmətindən bildirilib.

Açıqlamada deyilir ki, hazırda 800 milyon frankdan çox (838 milyon ABŞ dolları) dəyərə malik aktivlərə həbs qoyulub. Cinayət işinin açılmasından bəri Baş Prokurorluq 19 ölkə, o cümlədən ABŞ, İsveç və Niderland dövlətləri ilə hüquqi yardım prosedurları həyata keçirib. Qeyd olunub ki, İsveçrədə korrupsiya yolu ilə əldə olunmuş pulların yuyulması şübhəsi ilə cinayət işi hələ 2012-ci ildə açılıb və iş üzrə G.Kərimova da daxil olmaqla, 6 nəfərin adı keçir.

Qeyd edək ki, Özbəkistan Baş Prokurorluğu Gülnarə Kərimovaya qarşı bir neçə maddə üzrə ittiham irəli sürüb və o, həbs olunub. G.Kərimova fırıldaqçılıqda, xarici valyuta gizlətməkdə, gömrük qanunvericiliyini, ticarət və xidmətlər haqda qanunvericiliyi pozmaqda, sənədləri saxtalaşdırmaqda, cinayətkar fəaliyyətdən əldə olunan gəlirləri leqallaşdırmaqda ittiham edilir.

G. Kərimova 1972-ci il təvəllüdlüdür. 2013-cü ildə onun adı korrupsiya qalmaqalına qarışıb, nəticədə ev dustağı edilib.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri