Meksikada 8 ballıq zəlzələ: Ölənlər var - VİDEO + FOTO + YENİLƏNİB
Meksikada 8 ballıq zəlzələ: Ölənlər var - VİDEO + FOTO + YENİLƏNİB
Meksikada baş verən zəlzələ nəticəsində ölənlərin sayı 58-ə çatıb.
Oxu.Az-ın məlumatına görə, bu barədə ölkənin Milli Xilasetmə Xidmətinin rəhbəri Luis Felipe Puente deyib.
Xatırladaq ki, Meksikada sentyabrın 8-ə keçən gecə 8,2 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanların episentri Tres-Pikos yaşayış məntəqəsindən 119 km cənub-qərbdə, ocağı isə 33 km dərinlikdə yerləşib.
Meksika prezidenti Enrike Penya Neto yeraltı təkanları son 100 ildə ölkədə baş verən ən böyük zəlzələ adlandırıb.
08.09.2017 15:40
Meksikada baş vermiş güclü zəlzələnin qurbanlarının sayı 15 nəfərə çatıb.
Oxu.Az-ın “Foro” telekanalına istinadən verdiyi məlumata əsasən, bu barədə ölkə prezidenti Enrike Penü Nyeto bəyanat verib.
Telekanal xəbər verir ki, on nəfər Maksikanın Oahaka ştatında həlak olub.
12:01
Meksikada güclü zəlzələdə 5 nəfər ölüb.
Oxu.Az-ın məlumatına görə, bu barədə APA “Daily Mail”ə istinadən xəbər verir.
Məlumata əsasən, ölənlərdən ikisi uşaqdır. Ölü sayının artacağı gözlənilir.
Zəlzələ paytaxt Mexikoda və digər yerlərdə dağıntılara səbəb olub.
11:37
Meksika sahillərində 8,2 bal gücündə baş verən zəlzələdən sonra ən azı iki insan həlak olub.
Oxu.Az-ın məlumatına görə, bu barədə “Dailymail” xəbər verir.
09:59
Meksika sahillərində 8,1 bal gücündə zəlzələ baş verib.
Oxu.Az-ın Trend-ə istinadən məlumatına görə, Sakit Okean Sunami Xəbərdarlığı Mərkəzi dağıdıcı dalğaların yaranacağını elan edib.
Seysmoloqlar Meksika, Qvatemala, Salvador, Kosta-Rika, Nikaraqua, Panama, Honduras və Ekvador sahillərində yaxın saatlarda sunami olacağını istisna etmirlər.
N.O.