11 
Sen
2017
08:46
26
298
6551
Virtual karabakh

Mixail Saakaşviliyə qarşı cinayət işi açıldı

11 Sen, 2017
08:46
6551

Mixail Saakaşviliyə qarşı cinayət işi açıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gürcüstanın sabiq prezidenti və Ukraynanın Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşviliyə qarşı cinayət işi açılıb.

Oxu.Az-ın APA-ya istinadla məlumatına görə, bu barədə Ukrayna polisinin “Tvitter” səhifəsində bildirilir.

Cinayət işi Cinayət Məcəlləsinin 332-ci (Ukrayna Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddəsi ilə açılıb.

Qeyd edək ki, ötən axşam Mixail Saakaşvilinin Polşa-Ukrayna sərhədini keçərək Lvov şəhərinə gəlib. M. Saakaşvili ABŞ-da olarkən Ukrayna prezidenti Petr Poroşenko M. Saakaşvilini Ukrayna vətəndaşlığından məhrum edib. Bu qərar M. Saakaşvilinin Ukrayna vətəndaşlığı alarkən qeyri-dəqiq məlumatlar təqdim edilməsi ilə əsaslandırılmağa çalışılıb. Daha sonra ABŞ-dan Polşaya qayıdan M. Saakaşvili sentyabrın 10-da Ukraynaya dönmək niyyətində olduğunu açıqlayıb.

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri