26 
Sen
2017
13:55
287
21
2999
Virtual karabakh

Ərdoğan: Türkiyənin gücünün kifayət qədər olduğunu unutmasınlar

26 Sen, 2017
13:55
2999

Ərdoğan: Türkiyənin gücünün kifayət qədər olduğunu unutmasınlar

“Biz kürd, ərəb qardaşlarımızın sülh, dinclik və təhlükəsizlik şəraitində yaşamasını istəyirik. Bunun üçün əlimizdən gələn hər şeyi etməyə hazırıq. Hətta lazım gələrsə, əl-ələ verib eyni torpaqda qanımızı birlikdə axıtmağa da hazırıq. Yetər ki, birlik, qardaşlıq yolundan ayrılmayaq”.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Türkiyədə “2017-2018 Təhsil ili”nin açılışı mərasimində çıxışında deyib. Ərdoğan bildirib ki, Türkiyənin gücü bütün təhdidlərə qarşı mübarizə aparmağa yetərlidir: “Bu məsələnin sülh yolu ilə həllinin tərəfdarıyıq. Bu yol da bağlansa, o halda əlimizdəki imkanlardan istifadə üçün tərəddüd etməyəcəyik. Bizim kifayət qədər gücümüzün olduğunu unutmasınlar. İraq Kürdüstanı ilə iqtisadi əməkdaşlıq, təhlükəsizlik və digər məsələlər hazırda müzakirə edilir. Ümid edirəm ki, bunların heç birinə ehtiyac qalmaz. İraq Kürdüstanı hökuməti ağlını başına yığıb, bu, sonu qaranlıq olan macəradan əl çəkər”.

Qeyd edək ki, sentyabrın 25-də İraqın şimalındakı Kürd Muxtariyyətinin ərazisində müstəqillik referendumu keçirilib. Səsverməyə 3305925 seçici iştirak edib. İraq hökuməti referendumun qanunsuz olduğunu bildirib. Referendumun ilkin nəticələri bu gün axşam saatlarında açıqlanacaq.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri