14 
Noy
2017
19:54
26
194
2655
Virtual karabakh

Tbilisi aeroportunda bomba həyəcanı

14 Noy, 2017
19:54
2655

Tbilisi aeroportunda bomba həyəcanı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şota Rustavelli adına Tbilisi beynəlxalq hava limanında insanlar təxliyə olunub.

Oxu.Az-ın məlumatına görə, bu barədə şahidlərə istinadən Gürcüstanın “Birinci kanal” televiziyası məlumat yayıb.

Hava limanı partlayıcı qurğunun quraşdırılması haqqında məlumat daxil olduqdan sonra yoxlanılır.

Daxili İşlər Nazirliyi aeroporta gedən avtomobil yollarını bağlayıb.

Başqa ölkələrdən və şəhərlərdən gələn sərnişinləri təyyarələrdən kənara buraxmırlar.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri