21 
Noy
2017
16:59
183
27
1590
Virtual karabakh

Sobçak Rusiyada prezidentin səlahiyyətlərinin məhdudlaşdırılmasını təklif etdi

21 Noy, 2017
16:59
1590

Sobçak Rusiyada prezidentin səlahiyyətlərinin məhdudlaşdırılmasını təklif etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Prezident seçkilərində namizədliyini irəli sürməyə hazırlaşan qalmaqallı teleaparıcı Kseniya Sobçak prezidentin səlahiyyətlərini məhdudlaşdırmaqla, Rusiyanın parlament respublikasına keçirilməsini təklif edib. 

Bu barədə Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir.

“Şəxsən mən özüm hakimiyyətə gələcək növbəti şəxsdən, hazırda qeyri-legitim olan Dövlət Dumasını buraxmağı, daha sonra isə parlamentin rolunu gücləndirməklə prezidentin səlahiyyətlərinin azaldılmasını tələb edərdim”, - deyə Sobçak bildirib. 

Xatırladaq ki, Kseniya Sobçak Rusiyada keçiriləcək 2018-ci il prezident seçkilərində namizədliyini irəli sürəcəyini bəyan edib.

N.O.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri