22 
Noy
2017
12:05
68
31
2354
Virtual karabakh

Meksikada cangüdən mühafizə etdiyi şirkət rəhbərini səhvən güllələyib

22 Noy, 2017
12:05
2354

Meksikada cangüdən mühafizə etdiyi şirkət rəhbərini səhvən güllələyib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Meksikanın “İzzi Telecom” telekommunikasiya şirkətinin rəhbəri Adolfo Laqos cangüdəni tərəfindən təsadüfən güllələnib.

Oxu.Az-ın xəbərinə əsasən, bu barədə Mexiko ştatının prokuroru Alexandro Qomes məlumat verib.

O bildirib ki, Teotiuakana piramidaları ərazisində velosipedlə gəzintiyə çıxan A. Laqos və onun cangüdəninə oğrular hücum edib. Laqosun cangüdəni oğruları atəş açan zaman güllə səhvən iş adamına dəyib. Nəticədə A. Laqos ölümcül xəsarət alıb.

Məlumata əsasən, oğrulardan biri də güllə yarası alıb. Hazırda cinayətkarların axtarışı davam etdirilir.

N.O.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri