22 
Noy
2017
21:08
106
20
2433
Virtual karabakh

Giorgi Kvirikaşvili: Tbilisidə təhlükə neytrallaşdırılıb

22 Noy, 2017
21:08
2433

Giorgi Kvirikaşvili: Tbilisidə təhlükə neytrallaşdırılıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Tbilisidə təhlükə neytrallaşdırılıb.

Oxu.Az APA-ya istinadan xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili deyib.

O, əməliyyatda iştirak etmiş xüsusi təyinatlılara və DİN əməkdaşlarına minnətdarlığını bildirib: “Təəssüflər olsun ki, bir xüsusi təyinatlı ölüb. Həmin şəxs həqiqi qəhrəmandır və onun ailəsinə başsağlığımı bildirirəm. Yaralanmış xüsusi təyinatlıların isə tezliklə sağalmasını diləyirəm”.

G.Kvirikaşvili Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Vaxtanq Qomelauri ilə birgə antiterror əməliyyatı zamanı yaralanmış xüsusi təyinatlılara baş çəkib.

Xatırladaq ki, Tbilisidə həyata keçirilmiş antiterror əməliyyatı zamanı terrorçuluqda şübhəli bilinən 3 nəfər zərərsizləşdirilib, bir nəfər saxlanılıb. Əməliyyat zamanı bir xüsusi təyinatlı ölüb, ikisi isə yaralanıb. Gürcüstan DİN-nin 2 əməkdaşı da xəsarət alıb.  

DTX rəisi V.Qomelauri  xüsusi əməliyyatın 20 saata yaxın davam etməsinə aydınlıq gətirib. O deyib ki, antiterror əməliyyatı zamanı terrorçuluqda şübhəli bilinən şəxslərin girov götürməsi təhlükəsi olub: “Xüsusi əməliyyat ciddi kriminal qruplaşmaya qarşı aparılıb”.

DTX rəisi saxlanılan və zərərsizləşdirilmiş şəxslərin hansı ölkə vətəndaşları olması barədə açıqlama verməkdən imtina edib.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri