27 
Noy
2017
11:33
23
85
4202
Virtual karabakh

Balidə güclü vulkan: 130 min insan təxliyyə edilir - VİDEO

27 Noy, 2017
11:33
4202

Balidə güclü vulkan: 130 min insan təxliyyə edilir - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İndonezyanın Bali adasında Aqunq vulkanının qüvvətli şəkildə kül püskürməsinin davam etməsi ən təhlükəli səviyyəyə yüksəlib.

Oxu.Az bu barədə Bax.tv-yə istinadla xəbər verir.

İndoneziyada Milli Fəlakətin İdarə Edilməsi Agentliyindən verilən açıqlamada Bali adasındakı Aqunq vulkanında püskürən kül və dumanın 6 min metr yüksəkliyə çatdığı bildirilir. Böyük bir partlayış təhlükəsi ilə əlaqədar bölgədə ən yüksək səviyyədə fövqəladə hala keçildiyi qeyd edilir. 

Açıqlamada bölgədə hava nəqliyyatının mümkünsüz olduğu vurğulanır, Lombokdakı hava limanının ardından Balidəki hava limanının da müvəqqəti olaraq uçuşlar etməyəcəyi qeyd edilir. 

Təxirə salınan uçuşlara görə minlərlə sərnişin zərər çəkib.

Qeyd edək ki, Aqunq vulkanı keçən həftədən sonra yenidən kül və duman püskürməyə başlayıb. Sentyabr ayında dağın fəaliyyətə başlamasından sonra həyəcan durumu bəlli bir müddətdə ən yüksək səviyyəyə çatıb və böyük bir partlayış riskinə görə bölgədən təxminən 130 min nəfər təxliyyə edilib. Ölkənin ən çox turist gəldiyi bölgəsi sayılan Bali adasındakı Aqunq vulkanı sonuncu dəfə 1963-cü ildə partlayıb, hadisədə təqribən 1100 nəfər həyatını itirib.

N.О.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri