17 
Dek
2017
21:16
468
51
12829
Virtual karabakh

Saakaşvili tərəfdarları Oktyabr sarayını tərk etdilər – VİDEO + YENİLƏNİB

17 Dek, 2017
21:16
12829

Saakaşvili tərəfdarları Oktyabr sarayını tərk etdilər – VİDEO + YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Oxu.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Mixail Saakaşvilinin xahişindən sonra tərəfdarları Oktyabr sarayını tərk ediblər. 

Yürüyüşçülərin əksəriyyəti onun çağırışından sonra Ali Radanın binasına doğru hərəkət ediblər.

M. Saakaşvili açıqlamasında özünün saraya daxil olmaq niyyətində olmadığnı bildirib: “Orada kimin hələ də mübarizə apardığını bilmirəm. Baş verənlər təxribat idi. Bizə dedilər ki, ora gedib tədbir keçirə bilərik. Orada isə konsert var idi. Bizi qoza və qazla qarşıladılar. Mən böyük bir məsuliyyətlə bəyan edirəm ki, bizim sarayı zəbt etmək fikirimiz olmayıb. Bizim korrupsiyaya qarşı mübarizəmiz yalnız sülh yolu ilə ola bilər”.

19:50

Gürcüstanın sabiq prezidenti, Yeni Qüvvələr Hərəkatı Partiyasının lideri Mixeil Saakaşvili tərəfdarlarını Kiyevin mərkəzində yerləşən Oktyabr sarayını tərk etməyə və Azadlıq (Maydan) meydanına qayıtmağa çağırıb.

Oxu.Az "RİA Novosti" agentliyinə istinadən xəbər verir ki, M. Saakaşvili hüquq-mühafizə orqanlarının sarayın daxilində konsert keçirildiyini bildirdiyini söyləyib.

M. Saakaşvili günahsız insanların zərər görməməsi üçün tərəfdarlarını Oktyabr sarayını tərk edərək onunla birlikdə meydana qayıtmağa çağırıb. 

18:39

Gürcüstanın sabiq prezidenti, Yeni Qüvvələr Hərəkatı Partiyasının lideri Mixeil Saakaşvilinin tərəfdarları Kiyevin mərkəzində yerləşən Oktyabr sarayına hücum çəkib.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, aksiyaçılar saraya daxil olublar.

Saakaşvilinin tərəfdarları Milli Qvardiyanın hərbçilərinin müqavimətini qırıb, Oktyabr sarayının giriş qapısını sındıraraq saraya daxil olublar. Milli Qvardiya əməkdaşları aksiyaçılara yanğınsöndürmə vasitələri ilə müdaxilə etmək istəsələr də, bu, nəticəsiz qalıb.

15:50

Bu gün Kiyevin mərkəzində Gürcüstanın sabiq prezidenti, Yeni Qüvvələr Hərəkatı Partiyasının lideri Mixeil Saakaşvilinin tərəfdarlarının yürüşü başlayıb.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, M. Saakaşvili həyat yoldaşı və oğlu ilə birlikdə aksiyada iştirak edir.

Ukrayna prezidentinin impiçmenti haqqında qanunun qəbul olunmasını tələb edən aksiya iştirakçıları Taras Şevçenko parkından Azadlıq (Maydan) meydanına doğru hərəkət edirlər. Aksiya ilə əlaqədar Kiyevin mərkəzində nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılıb. Aksiya iştirakçıları "İstefa!", "Cinayətkar dəstə rədd olsun!" və "İmpiçment!" şüarları səsləndirirlər.

Qeyd edək ki, bu gün M. Saakaşvili Ukrayna prezidenti Petro Poroşenkoya barışıq məktubu göndərdiyi barədə xəbərləri də təkzib edib.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri